İslam Düşüncəsi

Qərbli bir mütəfəkkirin sözləri diqqətə layiqdir; “ bütün qərb fəlsəfəsi Platondan alınmış sitatdan ibarətdir”. Fəlsəfə tarixi ilə maraqlanan istənilən insanflı və obyektiv olmağı bacaran elm adamı, etiraf edər ki, Platonu həm qərb dünyasına həm də şərq dünyasına tanıtma vəzifəsi Fərabi, İbn Sina və İbn Rüşd kimi İslam mütəfəkkirləri tərəfindən həyata keçirilmişdir. Bu baxımdan müsəlman filosoflarının öyrənilməsi, dünyanın intellektual zehniyyətinin formalaşma tarixi ilə maraqlanan hər kəsə lazım olacaqdır. İslam fəlsəfəsi tarixi İslam dünyasında, Müsəlman ölkələrdən hər hansı birində yaşamış, yetişmiş filosofların Tanrı, insan, cəmiyyət və kainat və s. haqqında ortaya qoyduqları sistemli, tutarlı, obyektiv və universal kimi fəlsəfi sayılan meyarlarla ortaya qoyulan bilgiləri əhatə edən elmin adıdır. Bu baxımdan da, İslam fəlsəfəsi yazmağın çətin olduğu qədər, məsuliyyətli və bir o qədər də şərəfli olduğunu söyləmək mübaliğə olmaz. Biz də əlinizdə olan bu əsərdə belə bir cəsarəti göstərərək, İslam fəlsəfəsini anlatmağa çalışdıq.