Təfsir Üsulu Və Tarixi

İlahi kitabların sonuncusu olan və bütün əsrlərə xitab edən Qurani-kərim bəşəriyyəti aydınlatmaq üçün göndərilən nurdur. Bu misilsiz kitab insanların inadını qırmaq, əvvəlcədən formalaşan baxışlarını dəyişmək, onlara “görünənin arxasındakını göstərmək” üçün ən mənalı, ən gözəl ecazkarlıq nümunələri ortaya qoyur. Bu kitab da, Azərbaycan oxuyucusuna, xüsusilədə da ilahiyyat elmləri ilə məşğul olanlara Quran dəryasından bir damla almağa yardım etməyi qarşısında məqsəd qoymuşdur. Kitab giriş və üç fəsildən ibarətdir. Giriş qismində Quranın tarix səhnəsinə çıxışı, Quran nüzul olmadan əvvəlki Ərəbistan yarımadası və Məkkədəki dini, siyasi, iqtisadi və sosial vəziyyət barədə məlumat verilmişdir. Burada eyni zamanda təfsir, təfsir üsulu terminləri və təfsirə mənaca yaxın olan digər kəlmələr ələ alınmışdır.