Hədis Elmi

İslam dini iki əsas üzərində inşa edilmişdir, Quran və Sünnə (Hədis). Quran günümüzə qədər həm yazılaraq, həm də əzbərlənərək nöqsansız şəkildə gəlib çatmışdır. Çünki uca Allah onu qiyamətə qədər mühafizə edəcəyini ifadə edir. Hədislər isə müəyyən zamanlarda əzbərlənərək daha sonra isə yazılaraq sonrakı nəslə çatdırılmışdır. Zaman keçdikcə, mühafizə edilmək zəmanəti olmadığına görə müxtəlif əlavə və müdaxilələrə məruz qalmışdır. Hədisləri lazımı şəkildə anlamaq, zamanına görə izah edə bilmək və Həzrət Peyğəmbərin (s.ə.s) mesajını düzgün şəkildə analiz edə bilmək üçün ilk növbədə tarixi mərhələləri yaxşı tətqiq etmək və öyrənmək lazımdır. Bu tarixi seyr əsnasında hədislərin təlatümlü tərəqqisini anlamaq və ona edilən müdaxilə və əlavələri ayırd edə bilmək üçün hədis metodologiyasının tədris edilməsi labüddür.